_1739880636.jpg)
BAKI, 18 fevral. TELEQRAF
Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.
Teleqraf xəbər verir ki, o, Ulu Öndərin məzarı önünə əklil qoyaraq xatirəsinə ehtiramını bildirib.
Sədr, həmçinin oftalmoloq-alim, akademik Zərifə Əliyevanın və Əziz Əliyevin məzarı üzərinə gül dəstələri qoyub.
Daha sonra o, Xalq artisti, görkəmli müğənni Müslüm Maqomayevin məzarını da ziyarət edib.
Qeyd edək ki, N.Koçanova Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyasında iştirak etmək üçün Azərbaycana gəlib.
Tədbir fevralın 18-dən 20-dək davam edəcək.