Rusiya mediasında dünyanın kriminal avtoritetlərinə həsr olunan maraqlı yazı dərc olunub.

Teleqraf.com xəbər verir ki, hazırda dünyada "vor zakon"ların sayının 485 nəfər olduğu bildirilir. Yazıda bu rəqəmin bir qədər şübhəli olduğu vurğulanır. Çünki, kriminal avtoritetlər heç də həmişə öz statusları haqqında məlumat vermək istəmirlər. Hazırki "vor zakon"ların isə hansının bu ada gerçəkdən sahib olduğu mübahisəlidir.

Göstərilən şəxslərdən 118-i Qırğızıstan və Belçikada həbsdə yatır, 14-ü ilə bağlı axtarışlar davam etdirilir.

Oğruların əksəriyyəti yetkin və ahıl insanlar olur. Lakin istisnalar da var. Belə ki, ən kiçik "qanuni oğru" Revazu Ubilavenin 22 yaşı tamam olub.

Oğru aləminin ən yaşlı və uzunömürlü nümayəndəsi 1970-ci illərdən ABŞ-da yaşayan 88 yaşlı Borya Uşatıydır. Onun yaşıdı olan Kukura isə 1980-cı ildə Kutaisi televiziyasında çıxışı zamanı oğru statusundan imtina edib.

Oğruların ümumi sayının 57 faizini gürcüstanlılar təşkil edir. Onlar bir-biri ilə dostluq münasibətləri saxlayırlar. Ən məhşur "vor zakon"lardan Tvalçrelidze, Şuşanaşvili, Qoqoladze, Mikelazde, Çaparidze, Papuaşvili və Kardavanı göstərmək olar.

“Vor zakon”ların çoxluğuna görə, ikinci yerdə ruslar gəlir. Rusiya da onların sayı 67 nəfərdir. Üçüncü yerdə isə ermənilər qərarlaşıb. Erməni avtoritetlər öz doğma ölkələrində qalmağa üstünlük verirlər. Çünki yerli hakimiyyət və təhlükəsizlik işçiləri onlara lazımi şərait yaradıblar. Onlar burada Moskvadan olan qonaqlarını rahat qəbul edə bilirlər. Belə yer Abxaziyada da mövcuddur.

Son vaxtlar çeçenlər arasında da "qanuni oğru"ların sayı durmadan artmaqdadır. Məlumatlara görə, Qroznı hakimiyyəti də buna təşəbbüs göstərir.

Qeyd edək ki, ilk "sxodka" 1930-cu ildə keçirilib. Avtoritetlərə bu günə qədər də ailə sahibi olmaq, hakimiyyətlə münaisbətlər qurmaq və öz şəxsi biznesini yaratmağa icazə verilmir.

Samir