Bir neçə ay öncə intihar etmiş məşhur amerikalı aktyor Robin Uilyamsın malikanəsi satışa çıxarılıb.
Teleqraf.com xəbər verir ki, Villa Sorriso adlı mülk Kaliforniyada yerləşir. Ev özünə 5 yataq otağı, vanna otağı, teatr, kitabxana, lift, qalereya və baxış qülləsini daxil edir. Malikanə ərazisində Kaberne Sovinyon üzümlükləri yerləşir. Bina özü italyan Renessansı stilində tikilib və burada 25-ə yaxın otaq var. Baxış qülləsindən isə vadiyə və kanyona əla mənzərə açılır.
Teleqraf.com fotoları təqdim edir :
Ruslan Bakiroğlu