BAKI, 5 oktyabr. TELEQRAF

Azad olunmuş ərazilərdə son bir həftə ərzində piyada əleyhinə 254 mina aşkarlanıb.

Bu barədə Teleqraf-a Minatəmizləmə Agentliyindən məlumat verilib.

Bildirilib ki, tank əleyhinə 31 mina, 838 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Qeyd edilib ki, 1144,9 hektar ərazi isə minalardan təmizlənib.