AĞDAŞ, 24 avqust. TELEQRAF
Ağdaşda arvadını və oğlunu bıçaqlayan şəxs saxlanılıb.
Teleqraf-ın xəbərinə görə, polis əməkdaşları tərəfindən əməli törədən Arzu Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.
***
10:30
Ağdaşda kişi arvadını və oğlunu bıçaqlayıb.
Teleqraf xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.
1967-ci il təvəllüdlü Arzu Əhmədov münaqişə zəminində həyat yoldaşı Aygün Əhmədovaya və 17 yaşlı oğlu F.Əhmədova bıçaq xəsarəti yetirib.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində araşdırma başlanılıb.