BAKI, 21 iyul. TELEQRAF

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə iyulun 14-dən 20-dək icra olunan əməliyyatlar barədə məlumat açıqlayıb.

Qurumdan Teleqraf-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 73 piyada və 6 tank əleyhinə mina, həmçinin 178 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Həmçinin qeyd edilib ki, 1641 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət adıçəkilən ərazilərdə həyata keçirilir.