Rusiya sülhməramlı kontingentinə məxsus zirehli döyüş maşını Xankəndidə dərəyə aşıb.

Teleqraf.com xəbər verir ki, qəza nəticəsində 1 rusiyalı hərbi qulluqçunun həlak olduğu, iki nəfərin isə yaralandığı bildirilir.

Yaralılardan birinin vəziyyəti ağırdır.

Yaralılar Xankəndidəki tibb müəssisəsinə çatdırılıb.