“Qarabağ məsələsindən hakimiyyətdə qalmaq üçün istifadə etmirəm”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir ötən 30 il ərzində Azərbaycan və Ermənistan arasında gedən danışıqlara diqqət çəkib:
“Ermənistanın o vaxtkı hakimiyyəti 2007-ci ildə Madrid prinsiplərini danışıqlar üçün əsas götürərək, “Dağlıq Qarabağın müstəqilliyi”nin elan edilməsinin hüquqi əsasını mahiyyətcə məhv etdi. Biz hakimiyyətə gələndə durum belə idi, amma Ermənistan dövlətçiliyinin əsaslarını yeniləmək üçün hər şeyi etməyə çalışdıq. Keçmiş hakimiyyəti 1998-ci ildən 2018-ci ilə qədər ardıcıl olaraq dövlətin əsaslarından imtina edib və dağıdıb.
Sonra bildik ki, bütün səylərimizə baxmayaraq, artıq salamat qalmaq iqtidarında deyilik. Bizi tənqid edəndə deyirlər ki, Azərbaycan danışıqlar yolu ilə istədiyinə nail olacağına ümidini itirəndə müharibə baş verib. Bəs bu nə deməkdir ki, Ermənistan hakimiyyətləri bütün fəaliyyətləri boyu Azərbaycana müharibəsiz də istədiklərinə nail ola biləcəklərinə davamlı ümid vermək üçün bir xətt tutmuşlar? Bəli, bunu bir dəfə, iki dəfə, on dəfə etmək olar, amma sonda bitməlidir və 2018-ci ildə o vaxt hakimiyyətin ali nümayəndəsi seçilməyə can atan şəxs (Serj Sərkisyan), əslində, bu sonluğu müəyyən etdi”.
Paşinyanın sözlərinə görə, 30 ilə yaxın davam edən danışıqlar nəticəsində Ermənistan Qarabağ məsələsi üzərində bütün nəzarəti itirib:
“Məlum oldu ki, Ermənistan bu kontekstdə daha heç bir qərar verə bilmir”.