BAKI, 21 avqust. TELEQRAF

Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərindəki ticarət mərkəzinə PUA hücumu nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, yaralanan 130 nəfərdən 22-si azyaşlıdır.

Dağıntılar altında qalan şəxslərin xilas edilməsi üçün tədbirlər həyata keçirilir.

***
19:21

Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərində "Sunny Gallery" ticarət mərkəzinə dron zərbəsi nəticəsində 5 nəfər ölüb, azı 90 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, yaralılardan 20 nəfərin durumu ağırdır.

Hücum günortadan sonra saat 17:35-də edilib. "Şahid" dronu ilə edilən hücum zamanı binada çoxlu saytda insan olub.