Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Krivoy Roq şəhərindəki ticarət mərkəzinə hücumunu terror aktı adlandırıb.

Teleqraf xəbər verir ki, Zelenskinin Telegram kanalındakı paylaşında qeyd edib: "Ruslar Krivoy Roqdakı adi bir ticarət mərkəzinə xaincəsinə hücum ediblər. İkinci zərbə birinci zərbədən təxminən yarım saat sonra - təcili yardım xidmətləri hadisə yerində işləyərkən endirilib. Bu cür zərbələr sadəcə terror hücumudur. Dünya təcavüzkara adekvat təzyiq göstərərək reaksiya verməlidir", - deyə dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərində "Sunny Gallery" ticarət mərkəzinə dron zərbəsi nəticəsində 5 nəfər ölüb, azı 90 nəfər yaralanıb. Yaralılardan 20 nəfərin durumu ağırdır.

Hücum günortadan sonra saat 17:35-də edilib. "Şahid" dronu ilə edilən hücum zamanı binada çoxlu saytda insan olub.