BAKI, 22 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı hərbi güc tətbiq etmək imkanlarının məhdud olması barədə fikirləri rədd edib.

Teleqraf xəbər verir ki, Donald Tramp bunu jurnalistlərlə söhbəti zamanı bildirib.

Amerika liderindən İrana qarşı iqtisadi təzyiq kampaniyasının ABŞ-ın regionda hərbi əməliyyatlarla bağlı seçimlərinin məhdud olduğu anlamına gəlib-gəlmədiyi soruşulub.

“Qətiyyən yox. Bu, yalnız o deməkdir ki, biz baş verənləri izləyəcəyik”, - Tramp cavabında deyib.