BAKI, 22 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Hörmüz boğazı ilə əlaqəli bütün regiona tam nəzarət etdiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Bildiyiniz kimi, biz sərhədə tam nəzarət edirik. Blokadaya nəzər salsanız, Hörmüz boğazı ilə əlaqəli bütün regiona tam nəzarət etdiyimizi görərsiniz. Bu isə o deməkdir ki, nəzarətimiz qurunun xeyli içərilərinə qədər uzanır”, - ABŞ lideri deyib.

Tramp açıqlamasında nəyi nəzərdə tutduğuna dair əlavə izahat verməyib.