Ermənistanın Baş naziri Nikol Paşinyan hakim komandanın üzvlərinə Qarabağla bağlı mümkün olduqca danışmamaq qadağası qoyub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “İravunk” qəzeti yazır.

“Paşinyan son iki iclasda komanda yoldaşlarına müraciət edərək, onlardan tələb edib:

“Qarabağla bağlı hər hansı açıqlama verməkdən mümkün qədər çəkinin”.

Bu barədə həmin iclasların iştirakçılarından məlumat əldə etmişik.

Paşinyan komanda yoldaşlarına onu da deyib ki, Qarabağ haqqında nə pis, nə də yaxşı sözlər deyin, bu qadağandır”.