BAKI, 22 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İran hakimiyyəti Vaşinqtonla razılığa gəlmək istəyir, lakin hələlik ABŞ-nin məqbul hesab etdiyi şərtləri qəbul etməyə hazır deyil.
Teleqraf xəbər verir ki, Tramp bunu Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Onlar razılaşma əldə etmək istəyirlər, lakin mənim fikrimcə, düzgün razılaşma bağlamağa hazır deyillər”, - ABŞ lideri bildirib.
Tramp mümkün razılaşmanın şərtləri ilə bağlı əlavə təfərrüat açıqlamayıb.