BAKI, 22 avqust. TELEQRAF
ABŞ və Meksika yeni ticarət sazişinin hazırlanmasına başlayır.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp avqustun 21-də Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Biz Meksika ilə ABŞ üçün daha əlverişli olacaq yeni saziş üzərində işə başlayırıq”, - Tramp deyib.
ABŞ lideri, həmçinin Vaşinqtonun Kanada ilə ticarət məsələləri üzrə “əhəmiyyətli dərəcədə” razılığa gəldiyini bildirib.
İyulun sonunda ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir Vaşinqton administrasiyasının istehsal müəssisələrinin Asiyadan Şimali Amerikaya köçürülməsi məsələsində Meksika hakimiyyəti ilə konstruktiv danışıqlar apardığını açıqlamışdı.
Tramp daha əvvəl Meksikanı yeni yüksək idxal rüsumları tətbiq etməklə hədələmişdi.