BAKI, 2 iyun. TELEQRAF

İyunun 17-19-da Bakıda Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, iclas çərçivəsində ikitərəfli əməkdaşlığın aktual məsələləri, parlamentlərarası dialoqun inkişafı və əsas istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə olunacaq.