BAKI, 24 iyun. TELEQRAF

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında memorandum təsdiq olunacaq.

Teleqraf xəbər verir ki, sözügedən layihə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Layihə sonda səsə qoyularaq plenar iclasa tövsiyə olunub.