BAKI, 18 iyun. TELEQRAF

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Bakıda keçirilən 65-ci plenar sessiyasının qonaqları işğaldan azad olunmuş ərazilərə səfər edəcəklər.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Assambleyasının Bakıda keçirilən 65-ci plenar iclasının açılışında deyib.

O bildirib ki, qonaqlar ermənilər tərəfindən dağıdılmış ərazilər, eyni zamanda yenidənqurma işləri ilə tanış olacaqlar.