BAKI, 18 iyun. TELEQRAF
"Gələcəyin tələblərinə cavab verən əməkdaşlıqlar qurmalıyıq".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qarafarov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) plenar iclasında çıxışında deyib.
Sədr bildirib ki, tərəflər arasında dialoq siyasətə çevrilməli, siyasətsə real nəticələrə çevrilməlidir:
"Bu assambleya dönüş nöqtəsi ola bilər. Mədəni əlaqələri möhkəmləndirməli, innovasiya, yaşıl enerji sahəsində əlaqələrimizi gücləndirməliyik. Region ölkələrinin süni intellektinə çıxışını təmin etməliyik. Biz insan hüquqları sahəsində də səylərimizi davam etdirməliyik. Parlament institutlarının xalqın maraqlarına xidmət etdiyini göstərməliyik. Bu gün Azərbaycan tərəfindən irəli sürülən enerji layihələri regionun təhlükəsizliyində önəmli rol oynayır. Konfrans çərçivəsində sabah işğaldan azad olunmuş ərazilərə səfər edəcəksiniz. Orada yenidənqurma işləri və ermənilərin xarabalığa çevirdiyi əraziləri görəcəksiniz. Azərbaycan təkcə torpaqlarını işğaldan azad etmədi, eyni zamanda regionda əməkdaşlığı gücləndirdi. Ölkəmiz həmişə dinc birgəyaşayışa və dialoqa önəm verib. Prezident İlham Əliyevin liderliyi sayəsində Azərbaycan bütün sahələrdə ciddi uğurlara imza atıb.
Azərbaycan regional və qlobal gündəliyin formalaşdırılmasında da öz dəstəyini verir".