BAKI, 4 iyun. TELEQRAF

"İstilik təchizatı haqqında" Qanun qəbul edildikdən sonra çoxmərtəbəli binlara qaz daxil olmayacaq".

Teleqraf xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində "İstilik təchizatı haqqında" Qanunla əlaqədar keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, proses daha təhlükəsiz mühit yaradacaq.

Nazir müavini, həmçinin bildirilib ki, mərkəzi istilik sisteminə qoşulmaq mənzil mülkiyyətçilərinin öz iradəsindən asılı olacaq:

"Bu da tarif məsələsini mənasızlaşdırır. Çünki vətəndaşlar hər ayın sonunda xərcləri öz aralarında bölüşdürə bilərlər. Bu da bizim bildiyimiz sistemi dəyişdirir. Sözügedən məsələ vətəndaşın tam haqqıdır".