BAKI, 3 iyun. TELEQRAF
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb.
Teleqraf xəbər verir ki, iclas parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.
Spiker növbədənkənar sessiyanı açıq elan edib və daha sonra Dövlət Himni səsləndirilib.
Deputatlar "Dövlət büdcəsinin icrası haqqında" qanun layihəsindən başqa, daha 6 məsələni müzakirə edəcəklər.