BAKI, 23 may. TELEQRAF

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Teleqraf xəbər verir ki, iclas Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.

Deputatlar Yaşayış minimumuna, İnzibati Xətalar Məcəlləsinə, "Qiymətli kağızlar bazarı haqqında" qanunlara təklif olunan dəyişiklik layihələri də daxil olmaqla ümumilikdə 13 məsələni müzakirə edəcəklər.