BAKI, 13 may. TELEQRAF

Ötən il 3 Azərbaycan vətəndaşı xaricdə insan alverinə görə həbs edilib.

Teleqraf xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatında əksini tapıb.

Sənəddə qeyd olunub ki, xarici ölkələrin müvafiq dövlət qurumları ilə aparılmış məlumat mübadiləsi nəticəsində üç Azərbaycan vətəndaşının Kipr və Qvatemalanın hüquq-mühafizə orqanları tərəfindən insan alverində təqsirləndirilərək həbs edildiyi müəyyən olunub.

Bundan əlavə, ölkəyə readmissiya edilən şəxslər arasında bir nəfərin Yunanıstan Respublikasında insan alverinin qurbanı olduğu aşkarlanıb.

Qeyd edək ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.