BAKI, 28 aprel. TELEQRAF

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb.

Teleqraf xəbər verir ki, mayın 1-də keçiriləcək iclasın gündəliyinə 12 məsələ daxil edilib.

1. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanununun layihəsi (üçüncü oxunuş).

2. Ailə Məcəlləsində, Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanununun layihəsi (üçüncü oxunuş).

3. İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanununun layihəsi (üçüncü oxunuş).

4. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanununun layihəsi (üçüncü oxunuş).

5. "Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

6. “Aviasiya haqqında” 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli qanununun icrası ilə əlaqədar bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanununun layihəsi.

7. “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanununun layihəsi (ikinci oxunuş).

8. Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsi (ikinci oxunuş).

9. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanununun layihəsi (ikinci oxunuş).

10. “Əmək pensiyaları haqqında” qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsi (ikinci oxunuş).

11. Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsi (ikinci oxunuş).

12. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsi (ikinci oxunuş).