BAKI, 22 aprel. TELEQRAF

Milli Məclis Azərbaycan və Somali arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Sazişi ratifikasiya edib.

Teleqraf xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirə olunub.

Məsələ sonda səsə qoyularaq qəbul edilib.

Xatırladaq ki, fevralın 12-də Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana səfəri çərçivəsində bir neçə sahə üzrə imzalanmış sənədlərin mübadiləsi mərasimi olmuşdu.