BAKI, 24 oktyabr. TELEQRAF

Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə Türkiyə Respublikasının Qars vilayətində təşkil olunan üçtərəfli "Eternity-2025" kompüter dəstəkli komanda qərargah təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun komandanı general-mayor Kənan Seyidov, Azərbaycan Respublikasının Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər ölkələrdən olan yüksək səviyyəli qonaqlar iştirak ediblər.

Yüksək səviyyəli qonaqlar komanda məntəqəsində təlimin gedişatını izləyiblər.

Üçtərəfli "Eternity - 2025" kompüter dəstəkli komanda qərargah təliminin gedişatı və iştirakçı ölkələrin hərbi qulluqçularının peşəkarlığı yüksək qiymətləndirilib.

Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.