
BAKI, 12 aprel. TELEQRAF
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Antalya şəhərində keçirilən “Antalya Diplomatik Forumu” çərçivəsində Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşüb.
Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə hər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.
***
10:01
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəli həmkarı Yaşar Gülərlə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi "X" hesabında məlumat yayıb.
Görüş Antalya Diplomatik Formu çərçivəsində baş tutub.