
BAKI, 16 mart. TELEQRAF
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Teleqraf xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, martın 16-sı saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.