
BAKI, 14 mart. TELEQRAF
2024-cü ildə hərbi qulluqçuların mülkiyyətinə verilən mənzillərin sayı açıqlanıb.
Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Qeyd olunub ki, ötən il bu yöndə 35 milyon manat vəsait ayrılıb.
Sənəddə o da vurğulanıb ki, həmin vəsait hesabına Mənzil İnşaatı Dövlət Agentliyindən 512 ədəd tam təmirli mənzil alınıb. Onlardan 381-i hərbi qulluqçuların mülkiyyətinə verilib.