
BAKI, 14 mart. TELEQRAF
2024-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 2024-cü ilin dövlət büdcəsindən 6 milyard 562,2 milyon manat vəsait ayrılıb.
Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Hesabatda qeyd olunub ki, bu rəqəm 2023-cü illə müqayisədə 707,4 milyon manat və ya 12,1 faiz çoxdur.
Həmçinin xüsusi müdafiə təyinatlı layihələrə və tədbirlərə dövlət büdcəsindən 3 milyard 492,9 milyon manat ayrılıb və bu da 2023-cü illə müqayisədə 424,9 milyon manat (13,8 faiz) çox olub.