BAKI, 5 mart. TELEQRAF

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun yerləşdiyi mövqeləri atəşə tutub.

Teleqraf xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Martın 4-də saat 22:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub", - deyə məlumatda qeyd olunub.