BAKI, 29 avqust. TELEQRAF

"Bakı metrosunda gedişhaqqının artırılması ilə bağlı yeni bir məlumat yoxdur ".

Teleqraf xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

“Bakı Metropoliteni” QSC-nin gedişhaqqı tariflərinin tənzimlənməsi ilə bağlı heç bir səlahiyyəti yoxdur, hazırda Bakı Metropoliteni QSC-də tariflərin tənzimlənməsi ilə bağlı hər hansısa məlumat mövcud deyil. "- deyə o qeyd edib.