BAKI, 11 aprel. TELEQRAF

Bakı–Kişineu marşrutu üzrə uçuşlar apreldən həftədə 5 dəfəyə çatdırılıb, maydan isə gündəlik olacaq.

AZAL-dan Teleqraf-a verilən məlumata görə, bu barədə AZAL prezidenti Samir Rzayev ilə Moldova Baş nazirinin müavini Vladimir Bolea arasında keçirilən görüş zamanı bildirilib.

Məlumata görə, görüşdə Bakı–Kişineu marşrutu üzrə uçuşların sayı artırılması və aviasiya sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

2024-cü ildə bu marşrut üzrə 49 mindən çox sərnişin daşınıb. Tərəflər əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər.