BAKI, 7 aprel. TELEQRAF

"Liv Bona Dea Hospital"nın "Əli və Nino" Kitab Evinin sahibi Nigar Köçərliyə qarşı qaldırdığı iddia üzrə bu gün Nəsimi Rayon Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf-ın məlumatına görə, prosesdə "Bona Dea" şirkətinin "Liv Hospital" şəbəkəsinə aid olduğunu təsdiq edən sənədi məhkəməyə təqdim etmədiyi müəyyən olunub.

Növbəti məhkəmə prosesi mayın 5-də təyin edilib.

Nigar Köçərli bildirib ki, əməliyyat üçün xəstəxana seçərkən məhz "Liv" adına güvənərək oraya müraciət edib: "Bilsəydim Bona Dea "Liv Hospital"ın filialı deyil, heç zaman onlara müraciət etməzdim".

Qeyd edək ki, bir müddət əvvəl sözügedən xəstəxanada əməliyyat olunan Nigar Köçərli ona göstərilən xidmətdən narazı qaldığını bildirmişdi.

Şəxsi sosial media hesablarında paylaşım etdikdən sonra "Liv Bona Dea" N.Köçərlinin xəstəxananın işgüzar nüfuzuna xələl gətirdiyini iddia edərək onu məhkəməyə verib və 222 000 AZN təzminat tələb edir.