BAKI, 26 dekabr. TELEQRAF

Şərurlu İsfəndiyar barəsində çıxarılan hökmə münasibət bildirib.

O, məhkəmənin qarşısında olan Teleqraf-ın müxbirinə bildirib ki, bu işə əvvəldən xitam verilməli idi.

"Bu işə əvvəldən xitam verilməli idi. Hakim xeyrimə qərar çıxarsa da məni 8 aydır bura gətirirlər. Bir az ədalətsizlik var. Mən buna yaxşı baxmıram".

Qeyd edək ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə hökm oxunub. Hökmə əsasən, İsfəndiyar Axundovun əməlində cinayət tərkibi olmadığı müəyyən edilib və ona bəraət verilib.