BAKI, 5 iyun. TELEQRAF

Bakıda quldurluq etməkdə təqsirli bilinən Leyla Zülfüqarovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Leyla Zülfüqarova 7 il 11 ay 28 gün müddətinə azadlıqdan mərhum edilib.

İttihama görə, Leyla Zülfüqarova "20 Yanvar" metrosunun yanında bir nəfərə qarşı quldurluq edib.

Onun barəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) maddəsi ilə ittiham irəli sürülüb.