BAKI, 5 iyun. TELEQRAF
"Şərur” MTK-nın sahibi, tanınmış iş adamı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) məhkəməyə gəlib.
Teleqraf xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində proses keçiriləcək.
Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib.