
Xəbər verdiyimiz kimi, xalq artisti Ənvər Həsənovun ötən gün səhhəti pisləşərək yenidən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Teleqraf.com-a xalq artistinin qızı Aytən Həsənova atasının son durumu haqda məlumat verib.
"Atamın vəziyyəti çox ağırdı. Danışa bilmir, heç kimi tanımır", - deyə o bildirib.
Qeyd edək ki, xalq artisti yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.