Xalq artisti Məleykə Əsədova ATV kanalında yayımlanan "Rəngarəng" verilişində xarici görünüşü ilə diqqət çəkib.

Belə ki, sosial şəbəkədə aktrisanın üzgərmə (feysliftinq) əməliyyatı etdirdiyi iddia olunub.

Xalq artisti iddialarla bağlı Teleqraf.com-a açıqlamasında "Üzümdə heç bir əməliyyat etdirməmişəm. İtaliyada idim, yaxın günlərdə Bakıya qayıtmışam. Verilişdə isə sadəcə gözümə çox az makiyaj vurulmuşdu", - deyə bildirib.