Gözündə problemlə üzləşən xalq artisti Niyaməddin Musayev əməliyyatının uğurlu keçdiyini deyib.

Xalq artisti Teleqraf.com-a açıqlamasında hazırda görmə problemi olmadığını deyib:

"Gözümdə problem vardı, əməliyyat uğurlu keçdi. Əslində, yüngül əməliyyat idi. Problem aradan qaldırıldı".

Qeyd edək ki, Niyaməddin Musayevin 84 yaşı var.