Xalq artisti Afaq Bəşirqızı “Elgizlə izlə” verilişində səhhətindən danışıb.
Teleqraf.com xəbər verir ki, xalq artisti bu sözləri deyib:
“Bədənimdə saysız-hesabsız əməliyyat var. Bilirəm ki, artıq 18 yaşında deyiləm. Amma bu reabilitasiya mərkəzinə gəlməyim mənim son ümidimdir. Yaxın günlərdə tamaşada oynadım, sonra həmkarlarıma dedim ki, səhnədən getmək istəyirəm. Artıq bunun vaxtıdır, amma ayrıla bilmirəm.
Xasiyyətimə bələd bir insanam. Əgər həqiqətən səhnədən uzaqlaşsam, özümə qapılacam. Heç mənim yerimi və məkanımı da bilməyəcəklər. Lakin səhnədə qalmaq istəyirəm. Səhnədə qalmaq üçün isə mən müalicələrimə başlayacam”.
Qeyd edək ki, Afaq Bəşirqızı xərçəng xəstəliyi ilə mübarizə aparır.