Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin rol aldığı “Şahane Hayatım” serialında qalmaqal yaşanıb.
Teleqraf.com xəbər verir ki, serialın baş rol qəhrəmanlarından birinin çəkiliş qrupu ilə mübahisə yaşadığı iddia edilib. Adı açıqlanmayan aktyorun çəkiliş meydançasını tərk etdiyi və daha sonra geri qaytarıldığı vurğulanıb.
Qeyd edək ki, serialda Hilal Altınbilek, Onur Tuna, Yiğit Özşener, Nesrin Cevadzadə, Gökçe Eyüboğlu, Serkan Keskin, Sumru Yavrucuk kimi aktyorlar rol alıblar.