Meyxanaçı Namiq Qaraçuxurlu bu gün səhər saatlarında ölkəmizdə qeydə alınan zəlzələ ilə bağlı paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Namiq Qaraçuxurlu İnstaqramda hekayə bölümündə bu sözləri yazıb:

"Panikaya düşmək lazım deyil. Xüsusilə evdə uşaq varsa, zarafata çevirin, getsin. İnşallah, təkrar baş verməz".