Tanınmış aparıcı Xoşqədəm Hidayətqızına aparıcılıq etdiyi "Səni axtarıram" verilişində canlı yayım zamanı təhdid olunub.
Teleqraf.com xəbər verir ki, aparıcı verilişə oğlu Osmanın axtarışına çıxan rusiyalı qadının oğlunun atası Valehlə əlaqə saxlayıb və ona "Osman hansı reabilitasiya mərkəzindədir?" sualı ilə müraciət edib.
Valeh isə aparıcıya “Oğlumun yerini sizə deməyəcəyəm. İstəyirsiniz, Bakıya gəlim, nazirliyə gedim və sizə problem yaradım”, - deyə cavab verib.
Xoşqədəm Hidayətqızı isə “Siz mənə problem yaradırsınız, məni təhdid edirsiniz?” deyərək əsəbiləşib.