"Mən də deyirəm, formadayam, çəkimi saxlaya bilirəm, əməliyyat edənlər də. Bəxtəvərlər bir mədə balonu qoydurublar, nə istəyirlər yeyirlər, idman da eləmirlər".
Teleqraf.com xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı idman etməklə formada qalmasından şikayət edərkən deyib:
"Mənim kimi gündə iki-üç saat məşq etmirlər, insanlar da onalar baxıb deyirlər ki, bu, necə gözəl arıqdır. Biri var, mənim kimi zəhmətlə çəkini saxlamaq, biri də var, mədə balonu qoydurursan, formada qalmaq asan olur. Həkimləri də mədəmə balon qoymurlar ki, canımı idman etməkdən qurtarım".