Türkiyənin məşhur müğənnisi Koray Avcı Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, Koray Avcı ölkəmiz haqqında təəssüratını bölüşüb: "Bakıya ilk dəfə gəlirəm. Böyük bir məmləkətdir və böyük insanları var. Özümü ölkəmdəki kimi hiss edirəm".
Koray Avcı şəhid ailələrinə konsertinə gəldiyi üçün təşəkkür edib: "Qarabağın azadlığı uğrunda canlarını verən şəhidlərimizin ailələri və övladları konsertimə xoş gəlmisiniz".
Koray Avcı konsertdə sevilən mahnılarını səsləndirib.
İfaçı Azərbaycan xalq mahnısı olan "Yandırdın qəlbimi" ifasını da səsləndirib.
Qeyd edək ki, Koray Avcı ölkəmizə "Event Office"nin təşkilatçılığı ilə gəririlib.