Bir müddət əvvəl mərhum xalq artisti Əlibaba Məmmədovun məzarının üstününün götürülməməsindən şikayətlənən qızı Rəqsanə Məmmədli danışıb.

Rəqsanə Məmmədli Teleqraf.com-a açıqlamasında atasının məzar daşının hazırlandığını bildirib: "Bu gün Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestində idim. Danışdıq və razılaşdıq. Atamın məzar daşı üçün yeni eskiz hazırlayacaqlar. Birinci günü atamın şəklini aparacam. Sabahdan etibarən isə məzar daşının hazırlığı başlayır. Məzar daşı dövlət tərəfindən təyin edilən qiymətə ərsəyə gətiriləcək. Mənə bildirildiyinə görə, məzar daşı bir ay müddətinə hazır olacaq".

Qeyd edək ki, Rəqsanə Məmmədli yaxın günlərdə xalq artisti olan atası Əlibaba Məmmədovun məzar daşının hazırlanmamasından şikayət etmişdi. O, Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Tresti ilə qiymətə görə razılığa gələ bilmədiklərini və iki dəfə hazırlanan eskizi ailəsinin bəyənmədiyini demişdi.

92 yaşında dünyasını dəyişən Əlibaba Məmmədov l Fəxri Xiyabanda dəfn edilib.