Ötən gün həyat yoldaşı Oqtay Əliyevlə birgə avtomobil qəzasına düşən Əməkdar artist Dilarə Əliyeva xəstəxanadan evə buraxılıb.

Teleqraf.com-un məlumatına görə, o, qəzada həlak olan həyat yoldaşı Oqtay Əliyevin vida mərasimində iştirak edəcək.

Qeyd edək ki, mərhum Oqtay Əliyev bu gün Mehdiabad qəbiristanlığında torpağa tapşırılacaq.