Xalq artisti Zülfiyyə Xanbabayeva sosial şəbəkədə həyat yoldaşı Zaur Məmmədovla fotolarını paylaşıb.

Teleqraf.com xəbər verir ki, sənətçi ərinin doğum günü olduğunu qeyd edərək onu təbrik edib: "Neçə belə illərə...Günün mübarək, həyatımın yoldaşı".

Qeyd edək ki, ifaçının həyat yoldaşı Zaur Məmmədov"Simurq" futbol klubunun eks-prezidentidir. Cütlüyün Dəniz adlı qızı var.