Xalq artisti Cavan Zeynallı həyat yoldaşı Röya Zeynallının vəfatından sonra özünə qapanıb.

Teleqraf.com xəbər verir ki, bu haqda “Elgizlə izlə” verilişinin aparıcısı Elgiz Əkbər məlumat verib.

O, çəkiliş qrupunun Cavan Zeynallının evinə getdiyini və ifaçının onları qarşılamadığını söyləyib

Xalq artistinin evində çalışan qadın isə bu sözləri deyib: "Röya xanım beş ay əziyyət çəkdi. Dekabrın 29-da rəhmətə gedib. Dekabrın 30-da isə Qusarda qəbiristanlıqda dəfn edilib".

O, Cavan Zeynallının həyat yoldaşının 40 mərasimindən sonra mətbuata açıqlama verəcəyini deyib.

Qeyd edək ki, xalq artistinin həyat yoldaşı sinir iflicindən dünyasını dəyişib.